Azərbaycan Premyer Liqasında oynamış Slovakiya millisinin sabiq futbolçusu Pavol Farkaş Sportal.az saytına açıqlama verib. O, bu gün Millətlər Liqasının 5-ci turunda keçiriləcək Slovakiya – Azərbaycan matçı haqda fikirlərini bildirib. Farkaşın sözlərinə görə, asan matç olmayacaq:
“Bəlkə də Slovakiyada çoxları asan oyun olacağını düşünür. Amma mən əminəm ki, Slovakiyanın Azərbaycana qarşı oyunu asan alınmayacaq. Azərbaycan millisi möhkəm komandadı. Lakin istənilən halda Slovakiyanın qalib gələcəyinə inanıram”.
Farkaşın fikirlərinə görə, Slovakiya millisinin çalışdırıcısının İtaliyadan olması millimiz üçün üstünlükdü: “Fikrimcə, bu, Canni De Byazi və Azərbaycan üçün üstünlükdü. Çünki Canni De Byazi təcrübəlidi və hər halda o, həmyerlisini analiz edəcək. Onu yaxşı tanıyır. Amma necə olacağını təbii ki, bu gün gecə görəcəyik. Oyunu canlı izləmək üçün Trnava yollanacam. Stadiondan baxmaq istəyirəm oyuna”.
Slovakiya millisinin heyətində 3 oyun keçirmiş Farkaş “Kyevo”, “Ternan”, “Vasluy”da oynadıqdan sonra “Qəbələ” ilə anlaşmışdı. O, 2014-2015-ci illərdə bölgə klubunda çıxış etmişdi.
Mirbağırağa