Zədəsini sağaltdı, milliyə cəlb edildi

İngiltərə millisinin və "Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson sağalıb. 

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu İngiltərə millisinə də cəlb olunub.

O, millinin heyətindən kənarlaşdırılmış "Mançester Siti"nin üzvü Kelvin Filipsi əvəzləyib. 

Henderson zədəyə görə "Liverpul"a son üç görüşdə kömək ola bilməmişdi.

​İngiltərə millisi sentyabrın 23-də İtaliya yığmasının qonağı olacaq, ayın 26-da Almaniya seçməsini qəbul edəcək.

Tarix: 22 Sentyabr [13:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Sentyabr 2022
28  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio