Millinin keçmiş üzvü idman direktoru təyin edildi

14:44 - 22 Sentyabr 2022

"Vest Hem"in yetirməsi, İngiltərə milli komandasının sabiq üzvü Mark Nobl klubda çalışacaq.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, karyerasını başa vurmuş veteran futbolçu idman direktoru vəzifəsində çalışacaq.

O, işinə 2023-cü ilin yanvarın 2-dən başlayacaq.

Nobl “Hall Siti” və “İpsviç”də çıxış edib. Bununla yanaşı isə o, 2004-2022-ci illərdə “Vest Hem”də oynayıb.

 

Xəbər xətti