Millətlər Liqası: Qrupumuzun lideri bəlli oldu

20:05 - 22 Sentyabr 2022

UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turun oyunlarına start verilib.


Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı C Liqasının 3-cü qrupunda Qazaxıstan seçməsi doğma meydanda Belarusu qəbul edib. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Xallarını 13-ə yüksəkdən Qazaxıstan yığması qrup liderliyini təmin edib. Onlar növbəti mövsümdə B Liqasında mübarizə aparacaq. Bu nəticədən sonra 4 xalı olan Azərbaycan millisinin qrupu lider tamamlamaq şansı qalmayıb.

Xəbər xətti