Millimizə qol vuran: "Emosiyalar neqativdi"

10:00 - 23 Sentyabr 2022

Slovakiya millisinin hücumçusu Erik Yirka Azərbaycan millisi ilə qarşılaşmadan sonra yerli mətbuata danışıb.

Sportal.az xəbər verir ki, komandasının penaltidən yeganə qolunu vuran forvard görüşlə bağlı bunları deyib:

“Qol vurmağıma baxmayaraq, emosiyalar neqativdir. Çünki qalib gələ bilmədik. Bu isə xalsız qalmağımıza səbəb oldu. İkinci hissədə yaxşı oynadıq, çoxlu hücum etdik. Amma yetmədi".

Xatırladaq ki, Millətlər Liqasının 5-ci turu çərçivəsində səfərdə Slovakiya ilə qarşılaşan millimiz 2:1 qalib gəlib.

Xəbər xətti