"Azərbaycanla matçda qələbə üçün mübarizə aparacağıq"

Qazaxıstan millisinin müdafiəçisi Yan Voroqovski Millətlər Liqasının C3 qrupunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri son oyunöncəsi komandadakı əhval-ruhiyyədən danışıb.

Sportal.az "Kazfootball.kz"a istinadən xəbər veri ki, "Molenbek"də oynayan 26 yaşlı futbolçu millimizə qarşı keçirəcəkləri görüş haqda bunu deyib: 

"Azərbaycanla matçda da qələbə üçün mübarizə aparacağıq. Düşünürəm ki, heyətdə hər hansı rotasiyalar olacaq. Digər futbolçular da oynamaq şansı qazanacaq. Amma istənilən halda bütün qərarları baş məşqçi verir. Biz sadəcə hazırlaşırıq".

Xatırladaq ki, vaxtından əvvəl qrupda birinci yeri özünə təmin edən Qazaxıstan millisi sentyabrın 25-də Bakıda Azərbaycanın qonağı olacaq. 

Mirbağırağa

 

Tarix: 23 Sentyabr [17:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2022
26  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio