"Premyer Liqada 40 yaşında oynamaq çox çətindi"

"Fulhem"in futbolçusu, Braziliya millisinin sabiq üzvü Villian karyerasını nə vaxt başa vuracağını bilmədiyini deyib.

Sportal.az xəbər verir ki, "The Athletic"ə açıqlama verən tanınmış futbolçu belə danışıb: "Neçə yaşına qədər oynayacağımı hələ bilmirəm. Bilmirəm, hardasa 40 yaşa qədər. İldən-ilə irəliləyəcəm. Doğrudu, Premyer Liqada 40 yaşında oynamaq çox çətindi. Amma Tyaqo Silvaya baxın, o, 38 yaşında necə də yaxşı oynayır. Tyaqo nümunəsi mənə motivasiya verir".

“Korintians”, “Şaxtyor”, “Anji”, “Çelsi”, “Arsenal” klublarında oynamış  34 yaşlı futbolçu bu yaydan “Fulhem”də oynamağa başlayıb.
 

Tarix: 23 Sentyabr [17:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2022
26  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio