"Qarabağ"ın legioneri "Neftçi"yə qarşı oynaya bilər

18:27 - 23 Sentyabr 2022

"Qarabağ" Premyer Liqanın 8-ci turunda "Neftçi"yə qarşı keçirəcəyi oyunun hazırlıqlarına start verib.

Sportal.az xəbər verir ki, Ağdam klubunun aparıcı üzvü Kevin Medina da kollektivlə məşqlərini bərpa edib.

Maksim Medvedevin isə tam olaraq komanda ilə məşqlərə başlaması gələn həftə baş tutacaq. 

Medinanın "Neftçi" ilə matçda meydana çıxmaq şansı yüksəkdi.

Amma komandanın kapitanının bu matçda oynaması sual altındadı. 

​“Qarabağ” – “Neftçi” qarşılaşması oktyabrın 1-də “Azərsun Arena”da saat 18:00-da start götürəcək. 

 

Xəbər xətti