İsveçrə klubu millimizin forvardını təbrik etdi - FOTO

Dünən Millətlər Liqasının 5-ci turunda Slovakiya ilə qarşılaşan millimiz 2:1 qalib gəlib.

Sportal.az xəbər verir ki, yığmamızın ilk qolunun müəllifi Renat Dadaşov olub.

Renatın formasını geyindiyi "Qrasshopper" futbolçusunu bu münasibətlə təbrik edib.

İsveçrə klubu sosial şəbəkə hesabında Dadaşovun fotosunu paylaşaraq belə yazıb:

“Renat Millətlər Liqasının dünənki qələbəsində Azərbaycan millisinin heyətində ilk qolunu vurub. Təbriklər Renat”.  

Xatırladaq ki, futbolçumuz yayda “Vulverhempton”dan “Qrasshopper”ə transfer olunub.

 

Tarix: 23 Sentyabr [18:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Sentyabr 2022
26  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio