PSJ-nin sabiq çalışdırıcısı Maurisio Poçettinoya "Nitsa"dan təklif olması haqda xəbər vermişdik.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis bu klubun təklifini geri çevirib.
"İnter" və "Yuventus"la adı hallanan 50 yaşlı məşqçi bu komandalardan birini çalışdırmaq istəyir.
"Nitsa"dan da imtina etmək səbəbi məhz həmin klublardan təklif gözləməsidi.