Maldini: "Messi, Ronaldo və Maradonaya qarşı oynamaq çətin idi"

20:34 - 23 Sentyabr 2022

"Milan" və İtaliya millisinin keçmiş futbolçusu Paolo Maldini vaxtı ilə rəqib olduğu ən güclü üç futbolçunun adını çəkib.

Sportal.az “Sportskeeda”ya istinadən xəbər verir ki, italiyalı belə danışıb:

“İndiyə qədər çox futbolçu ilə rəqib olmuşam. Amma onlar arasında üçünün adını çəkə bilərəm. Qarşılaşdığım ən böyük üç futbolçu Messi, Maradona və Ronaldodu. Onlara qarşı oynamaq həqiqətən çox çətin idi".

​54 yaşlı futbol mütəxəssis 1985-2009-cu illərdə “Milan”da oynayıb.
 

Xəbər xətti