“Milan”ın və Fransa millisinin qolkiperi Mayk Menyan zədələnib.
Sportal.az “L`Equipe” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı qapıçı Millətlər Liqasının 5-ci turunun Avstriya ilə matçında sıradan çıxıb.
Sol ayağının baldır əzələsində problem yaranmış qapıçının nə zaman meydanlara qayıdacağı dəqiq deyil.
Xatırladaq ki, “Milan”ın qolkiperi Avstriya ilə matçın 46-cı dəqiqəsində Alfons Areola ilə əvəzlənmişdi.
saytlarin hazirlanmasi