"Yuventus" Antuan Qrizmannı transfer etmək istəyir.
Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu fransalı ilə danışıqlara başlayıb. Fransız futbolçu özü "Yuventus"da oynamağa razılıq verib.
İcarə əsasında "Atletiko"da oynayan Qrizmann üçün "Barselona" 40 milyon avro tələb edir. "Qoca sinyora" rəhbərliyi isə yarımmüdafiəçi üçün 20 milyon avro ödəmək niyyətindədi. Əgər tərəflər razılıq əldə edərsə, Qrizman yayda "Yuventus"la rəsmi müqavilə imzalayacaq.