Millətlər Liqasında 5-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Gürcüstan və Estoniya bu turun oyunlarını başa vurub.
Vili Sanyolun rəhbərlik etdiyi Gürcüstan yığması Şimali Makedoniya ilə üz-üzə gəlib. Matç gürcülərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticə ilə xallarının sayını 13-ə çatdıran Gürcüstan millisi B divizionuna vəsiqəni təmin edib.
Estonlar isə Maltanı 2:1 məğlub edərək qrupu liderliyinə yüksəlib. Belə ki, bu komanda xalların sayını 9-a çatdırıb və gələcək turnirdən C divizionunda oynamağa haqq qazanıb.
Gürcüstan - Şimali Makedoniya 2:0
Qollar: Miovski 35 (avtoqol), Kvaratsxeliya 64
Estoniya - Malta 2:1
Qollar:Sappinen 45+6 (p), Anier 86 - Teuma 51 (p)