"Barselona" "Mançester Siti"nin legioneri ilə razılıq əldə etdi

16:01 - 26 Sentyabr 2022

"Mançester Siti"nin futbolçusu Bernardo Silva yeni mövsümdən İspaniyada oynayacaq.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona"  portuqaliyalını transfer edəcək.

Kataloniya klubunun rəsmilərinin Silvadan ilə razılıq aldığı iddia edilir.

28 yaşlı yarımmüdafiəçi əslində, bu yay Barselonaya yollanmalı idi. Lakin "Mançester Siti" ona əvəzləyici tapmadığına görə, klub rəsmiləri Bernardonu mövsüm sonuna qədər digər komandaya buraxmayacağını bildirib.

Ancaq Silva yeni mövsümə "Barsa"da başlayacağına qərar verib. 

Xəbər xətti