"Olimpiakos"un futbolçusu "Qarabağ"a qarşı oynaya bilməyəcək

17:18 - 26 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" ciddi itkiylə üz-üzə qalıb.

Sportal.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Pirey klubunun üzvü Panayotis Retsos dizindən zədələnib.

Buna görə də, 24 yaşlı müdafiəçi Avropa Liqasının 3-cü turunun "Qarabağ"a qarşı matçını buraxmalı olacaq. O, "Verona"dan icarəyə götürülüb.

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Xəbər xətti