Rusiya klubu bu vəzifəyə həmyerlimizi təyin etdi

18:27 - 26 Sentyabr 2022

Rusiya Premyer Liqasının təmsilçisi "Ximki"yə yeni idman direktoru təyin edilib. 

Sportal.az "sportbox"a istinadən xəbər verir ki, Rusiya klubunda bu posta azərbaycanlı dəvət olunub.

Belə ki, klubda fərqli şöbələrdə çalışan Anar Məmmədov işinə idman direktoru kimi davam edəcək.

Məsələ burasındadır ki, həmyerlimiz bu ilin yanvar ayından klubda seleksiya şöbəsinə cavabdeh idi.

Spartak Qoqniyevin baş məşqçi postuna gəlişindən sonra Məmmədov idman direktoru təyin edilib.

“Ximki” 10 turdan sonra 8 xalla 13-cü pillədədi. 

Xatırladaq ki, klubun sahibi azərbaycanlı iş adamı Tufan Sadıqovdu.

Mirbağırağa

Xəbər xətti