Fransa millisinin üzvü "Real"a keçir

18:43 - 26 Sentyabr 2022

“Real” yayda daha bir transferi həyata keçirəcək.

Sportal.az “Todo Fichajes”ə istinadən xəbər verir ki, “kral klubu” “Leyptsiq”in üzvü Kristofer Nkunkunu heyətinə qatacaq.

Madrid təmsilçisinin rəhbərliyi 24 yaşlı futbolçu üçün indidən danışıqlara başlayıb. Nkunkunun Almaniya klubu ilə müqaviləsi 2023-cü ildə başa çatacaq. Onun transfer dəyəri 80 milyon avro dəyərindədi.

PSJ-nin yetirməsi 2019-cu ildən “Leyptsiq”də, 2022-ci ildən isə Fransa millisində oynayır.

Xəbər xətti