Ukrayna mətbuatı: "Azərbaycan - Qazaxıstan matçının ilk yarısının ən maraqlı epizodu Alipin meydandan qovulmasıydı"

Ukraynanın “Football24.ua” saytı Millətlər Liqasının altıncı turu çərçivəsində Azərbaycanın Qazaxıstana 3:0 hesablı qələbəsini şərh edib.

Sportal.az xəbər verir ki, Ukrayna mətbuatı milli komandamızın qazaxlarla görüşdəki qalib gəlməsi barədə bunları yazıb:

"Son turdan əvvəl intriqa yox idi. Çünki Qazaxıstan vaxtından əvvəl B Liqasına yüksəlmişdi. Belarusun isə sonuncu pillədən yüksəlmək şansı qalmamışdı.

Müvafiq olaraq, Azərbaycan - Qazaxıstan və Slovakiya - Belarus matçlarının turnir cədvəli baxımından heç bir dəyəri yox idi. Azərbaycan - Qazaxıstan matçının ilk yarısının ən maraqlı epizodu Nurali Alipin ard-arda iki sarı vərəqə alaraq meydandan qovulmasıydı.

İkinci hissədə Azərbaycan hesabda önə çıxdı. Əslində, kuryoz qol alındı. Müdafiəçi topu çıxarmaq istəyərkən komanda yoldaşına vurdu və qol oldu. Ardınca Qazaxıstan daha iki dəfə qol vurdu. Filip Ozobiçin zərbəsi isə dirəkdən döndü.Vaxtı ilə “Minay” və “Kolos”da çıxış etmiş Anatoli Nuriyev Azərbaycanın üçüncü qoluna imza atdı. Qazaxıstan qrupda ilk dəfə uduzdu, amma B divizionuna vəsiqə qazandı”.

Mirbağırağa

 

Tarix: 26 Sentyabr [21:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 Noyabr 2022
29  Noyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio