Millimizin oyununu İsveçdən olan hakimlər idarə edəcək

11:25 - 30 Sentyabr 2022

Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2024-ün əsas mərhələsində Yunanıstana qarşı keçirəcəyi matçının hakimləri bəlli olub.

Sportal.az xəbər verir ki, matçı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Matçın əsas referisi Ademir Avdiçdi, ona David Qlavonyiç və Georgi Yansizian köməklik göstərəcək.

Matç oktyabrın 11-də Bakı vaxtı ilə saat 19:00-da oynanılacaq.

 

Xəbər xətti