"Nant" - "Qarabağ" matçı 39 avroya

12:28 - 30 Sentyabr 2022

Avropa Liqasının G qrupunun 5-ci turunun "Nant" - "Qarabağ" matçının biletləri satışa çıxarılıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlər onlayn qaydada satışa çıxarılıb və kateqoriyadan asılı olaraq 39, 49, 56, 65 və 75 avroya satılır.

Həmçinin, biletlər oktyabrın 27-də Bakı vaxtı ilə saat 23:00-dan başlayaraq Nant şəhərindəki "La Bojuare" stadionunun kassalarında satışa çıxarılacaq.

Xəbər xətti