İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Mançester Yunayted"in forvardı Markus Reşford səsvermədə hamını qabaqlayıb.
Reşford Kevin de Brüyne ("Mançester Siti"), Pyer-Emil Höyberq ("Tottenhem"), Filip Billinq ("Bornmut"), Aleks İvobi ("Everton") və Ceykob Remsini ("Aston Villa") qabaqlayıb.
"Qırmızı şeytanlar"ın üzvü bu ay Premyer Liqada meydana çıxdığı 2 oyunda 2 qol vurub, 2 assist edib.