UEFA "Neftçi"nin hesabına pul köçürdü

15:31 - 30 Sentyabr 2022

"Neftçi" büdcəsini artırıb. 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə UEFA tərəfindən ayrılmış müvafiq pul vəsaiti – 650.000 (altı yüz əlli min ) avro AFFA-nın vasitəçiliyi ilə “Neftçi” PFK-nın hesabına köçürülüb.

Xatırladaq ki, "Neftçi" bu mövsüm Konfrans Liqasının birinci təsnifat mərhələsində "Aris"i keçsə də, ikinci mərhələdə "Rapid"lə bacarmamışdı. 

Xəbər xətti