Bu klub tarixinin ən bahalı transferini həyata keçirdi

12:47 - 8 Dekabr 2022

ABŞ-ın “Portlend Timbers” klubu tarixinin ən bahalı transferini həyata keçirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, MLS təmsilçisi 24 yaşlı futbolçu üçün “Mityulland”ə 9,5 milyon avro ödəyib.

Evanderlə 4 illik müqavilə imzalanılıb. Evander “Vasko da Qama”nın yetirməsidir.

O, Danimarka klubuna 2,5 milyon avroya keçmişdi. 

 

Xəbər xətti