Basketbol üzrə Azərbaycan kubokunda üçüncü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu turdan sonra yarımfinala yüksələn komandaların sayı bəlli olub.
Qrup oyunlarından sonra yarımfinala “Gəncə”, “AAAF Xırdalan”, NTD və “Neftçi” klubları vəsiqə qazanıb.
A qrupu
“Sabah” – “AAAF Xırdalan” 82:85
“Gəncə” – “Sərhədçi” 75:80
B qrupu
NTD – “Zirvə Astara” 104:103
“Olimpik” – “Neftçi” 74:100
Yarımfinal matçları martın 25-də keçiriləcək.
“Gəncə” “Neftçi” ilə “AAAF Xırdalan” isə NTD ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi