Təxirə salınmış oyunda "Şamaxı" sevindi

17:17 - 24 Mart 2023

I Divizionda XX turun təxirə salınmış "Şamaxı-2" - "Mingəçevir" qarşılaşması bu gün baş tutub.

Sportal.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Şamaxı-2" - "Mingəçevir" 3:1

Qollar: Tapdıq Əhmədov, 47, Qurban Səfərov, 77, Rövşən Şahmuradov, 89 - Tural Məmmədzadə, 62

Qeyd edək ki, "Şamaxı-2" - "Mingəçevir" matçı qonaq komandanın avtobusu qəzaya düşdüyü üçün təxirə salınmışdı.

Xəbər xətti