Argentinalı iki səbəbə görə paytaxt klubunu tərk edə bilər

11:48 - 28 Mart 2023

"Roma"nın futbolçusu Paulo Dibala bu yay komandasını dəyişə bilər.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, bu, Joze Mourinyonun baş məşqçi postunu tərk edəcəyi təqdirdə baş verəcək.

Bundan əlavə, “Roma”nın turnir cədvəlində üst pillələrdə olmaması Dibalanın qərarına təsir edəcək.

Argentinalı futbolçu yeni mövsümdən Çempionlar Liqasında oynamaq istəyir.

"Roma" 47 xalla A seriyasında 5-ci pillədədir.

Xəbər xətti