İstanbul derbisinin hakimləri açıqlandı

18:44 - 30 Mart 2023

Türkiyə Super Liqasının 27-ci turu çərçivəsində keçiriləcək "Fənərbaxça" - "Beşiktaş" matçının hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, qarşılaşmanı Halil Umut Meler idarə edəcək. Ona yan xətt hakimləri Mustafa Emre Eyisoy və Kerem Ersoy kömək edəcək. Oyunun dördüncü hakimi funksiyasını isə Kadir Sağlam yerinə yetirəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Beşiktaş" görüşü 2 aprel tarixində Bakı vaxtı saat 21:30-da baş tutacaq.

Xəbər xətti