"Real"da Benzema dövrü bitdi - RƏSMİ

15:18 - 4 İyun 2023

İspaniyanın "Real" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Kərim Benzema ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

"Real" Kərim Benzemanı 2009-cu ilin yayında "Lion"dan transfer etmişdi. 35 yaşlı forvard La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 647 rəsmi matçda 353 qol 165 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Real" Marko Asensio, Mariano Dias və Eden Azarla da yollarını ayırdığını açıqlayıb.

Xəbər xətti