"Sumqayıt"dan ayrıldı, bu kluba keçə bilər

10:08 - 5 İyun 2023

U-21 yığmamızın üzvü Süleyman Əhmədov "Sumqayıt"da qalası olmayıb.

Sportal.az saytına verilən məlumata görə, müdafiəçi komandadan ayrılmaq qərarı alıb. Müqavilə müddətinin uzadılmasına ehtiyac görülməyib.

Əhmədovun yeni mövsümə "Səbail"də başlamaq ehtimalı yüksəkdir. Belə ki, Bayıl təmsilçisi müdafiənin sağ cinahına məhz yığmamızın sabiq futbolçusunu dəvət etməyi planlaşdırır.

Xəbər xətti