Ölkə kuboku: İki yubiley

11:50 - 5 İyun 2023

Azərbaycan Kubokunun finalı hər iki komanda üçün yubileylə əlamətdar olub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, “Neftçi” 170-ci, “Qəbələ” 80-ci kubok sınağına çıxıb.0:1 hesabı ilə uduzan Bakı klubu 93 qələbə qazanıb, 38 heç-heçə etdiyi turnirdə 39-cu dəfə məğlub olub. “Qırmızı-qaralar” 44-cü qələbəsini əldə edib.

Bölgə təmsilçisinin 19 heç-heçə və 17 məğlubiyyəti var. Paytaxt təmsilçisinin top fərqi 264-111-dir. Qəbələnin eyniadlı klubunda bu rəqəm 133-75-dir.

Xəbər xətti