"Sumqayıt" millimizin qapıçısını transfer etdi

19:25 - 5 İyun 2023

23/24 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.

Sportal.az xəbər verir ki, "kimyaçılar" son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovla 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2017-2020-ci illərdə də "Sumqayıt"ın şərəfini qorumuş Cənnətov həmin müddət ərzində 63 oyun keçirib. Milli komandamızda 1 matçda iştirak etmiş qapıçı son iki mövsümdə “Zirə”nin heyətində 47 qarşılaşmada meydanda olub.

Xəbər xətti