"Səbail"dən növbəti transfer

12:50 - 6 İyun 2023

"Səbail" daha bir transferi açıqlayıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bayıl təmsilçisi "Sumqayıt"da qalmayan Süleyman Əhmədovla anlaşıb.

23 yaşlı müdafiəçi ilə bir illik müqavilə imzalanıb.

Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv ondan öncə Yusif Nəbiyevi transfer etmişdi.

Xəbər xətti