Di Mariya "Yuventus"dan ayrıldı

18:41 - 6 İyun 2023

"Yuventus"la müqaviləsi başa çatan Anxel Di Mariya gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, argentinalı vinger Turin təmsilçisindən ayrıldığını açıqlayıb. 35 yaşlı futbolçu İtaliya klubunun yeni müqavilə təklifini qəbul etməyib.

Hazırda azad agent statusunda olan ön xətt oyunçusu ona gələn digər təklifləri dəyərləndirir.

Qeyd edək ki, Anxel Di Mariya 2022-ci ilin yayından "Yuventus"da çıxış edirdi. Argentina millisinin üzvü komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qaıb.

Xəbər xətti