Şuşada keçiriləcək turnirin püşkü atıldı

19:46 - 6 İyun 2023

3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində iştirak edəcək 8 komanda 2 qrupda mübarizə aparacaq.

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

A qrupunda Almaniya, Rumıniya, Türkiyə milli komandaları, Neftçi klubu, B qrupunda isə Niderland, Macarıstan, Azərbaycan seçmələri və Yaponiyanın G FLOU komandası mübarizə aparacaq.

Reqlamentə əsasən qruplarda birinci yeri tutmuş komandalar birbaşa yarımfinal mərhələsinə yüksələcəklər. Qruplarda ikinci və üçüncü yerin sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə dörddəbir final mərhələsində üz-üzə gələcək.

Turnirin Şuşa mərhələsinin açılış oyunu iyunun 12-də saat 13:00-da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Yığma komandamızın qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan, "Neftçi" klubunun görüşü isə saat 13:50-də Rumıniya seçməsinə qarşı olacaq.

Xəbər xətti