Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət komandalarına türkiyəli mütəxəssis Şahin Çatma rəhbər təyin olunub.
Sportal.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Bununla əlaqədar iyunun 8-də saat 09:00-da təcrübəli mütəxəssisin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Voleybol Mərkəzində təşkil olunacaq mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi də iştirak edəcək
saytlarin hazirlanmasi