PSJ-dən ayrılan Lionel Messinin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, argentinalı hücumçu ABŞ-da oynayacaq. 35 yaşlı futbolçu Devid Bekhemin sahibi olduğu "İnter Mayami" ilə razılıq əldə edib. Bu barədə "CBS Sport" məlumat yayıb.
Qeyd edək ki, Lionel Messini "Barselona" və "Əl İttihad" klubları da heyətinə qatmaq istəyirdi.
saytlarin hazirlanmasi