Bir müddət öncə adı "Qarabağ"la hallanan Fode Koitanın yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, "Trabzonspor"un forvardı "Sivasspor"a keçib. Bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçu "Sivasspor"la 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. Sivaslılar qanalı hücumçu üçün "Trabzonspor"a təzminat ödəməyib.