Rəşad Sadıqov: "Heyətin genişliyi ilə bağlı problemimiz var"

22:56 - 23 Sentyabr 2023

"Zirə" Azərbaycan Premyer Liqasının 7-ci turunda doğma meydanda "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Emosional oyun oldu. Rəqib çox istəkli idi. İlk dəqiqələrdən hiss olunurdu. Oyundan qabaq futbolçularımızla rəqibi rəhlil etdikdə, onların böyük potesnailının olduğunu, əvvəlki turlardakı uğursuzluqlarını nəzərə almayıb, oyuna köklənməli olduğumuzu dedik. Bu gün meydanda aqressiv və fərqli "Neftçi" var idi. Futbolçularım əzmkar mübarizə apardılar, hücumlarımız da oldu. Bəzi epizodlarda dəqiqlik çatmadı. Son dəqiqədə rəqibə qol imkanı verdik, Tyaqo Silva yaxşı çıxış etdi. Maraqlı, gərgin oyunun şahidi olduq. "Neftçi" bu gün çox fərqli idi. Bu, bizə topla daha çox oynamağa mane olurdu. Amma əzmkarlıq edib, vacib bir xal qazandıq.

- Evdə heç-heçə etdiniz. Nəticə sizi razı saldı?

- "Neftçi" ilə oynayırdıq. 6 oyunun 5-də qələbə qazananda, istər "Neftçi", istər digər komandalar motivasiyalı və diqqətli hazırlaşırlar. Hesabda geri düşmüşdük, amma bərabərləşdirdik. Azər Əliyev hücuma çox qoşulurdu. Penalti qazandıq. Bugünkü "Neftçi"ni nəzərə alsaq, bir xal qazandıq.

- Mutu hakim səhvlərini qeyd etdi, xüsusən də penaltinin olmamasını dedi..

- Mənə penalti kimi gəldi. Dinamik şəkildə görmədik epizodu. Matias oyunçumuzun ayağından basırdı. Bizə qarşı belə epizodlarda hətta qırmızı vərəqə də olub.

- Salifu Summa bu gün özünə bənzəmirdi. Çempionat uzundur. Sizcə, komandaya yeni transferlər lazımdır?

- Komandada çox mövqe güclənməlidir. Paxtman zədələnir, əvəzinə İlkini buraxırıqsa, demək ki, seleksiyamızda ciddi sıxıntı var. Filip çox yaxşı çıxış etdi. Sadəcə onu əvəzləməyə adam yox idi. Heyətin genişliyi ilə bağlı problemimiz var. Mütləq şəkildə heyətimiz genişlənməlidir. Summa isinmədə xoşuma gəlmədi. Köməkçilərimə dedim ki, oyunu yaxşı alınmayacaq. Halbuki, həftəboyu yaxşı məşq etdi. Amma oyuna özünü düzgün kökləməmişdi.

"Qarabağ"dan Qaspar Panaderonu transfer etmək istəmisiz?

Xeyr. Transfer pəncərəsi də bağlanıb, icarəyə kimisə götürə bilmərik. İstədiyimiz oyunçular var idi, hətta Baqamolski üçün də "Neftçi"yə müraciət etmişdik. Sadəcə onlar gec hücumçu aldılar. Bəlkə erkən olsaydı, onu götürərdik. Yenə də baxırıq. Bilmirəm bu vaxta yaxşı futbolçu qalar, ya qalmaz. Açıq-aşkar görünür ki, seleksiyamızı tamamlaya bilməmişik. Müəyyən keyfiyyətləri ilə futbolçularım bunu sığortalayıb, nəticəyə yansıdırlar. Çaılışacağıq ki, qışa qədər seleksiyanın problemləri nəticəyə təsir etməsin.

- İssa Cibrilanı son anda dəyişmək istəmədiz. Səbəb nə idi?

- Bəli, son anda dəyişdim fikrimi. İsmayıl göstərdi ki, ayağım ağrayır. Zədədən gəlmişdilər, amma 90 dəqiqə meydanda saxladıq. Bu, düz deyil, amma etdik. İsmayılı dəyişdik, risk etmək istəmədik. İssanı buraxaraq, əks-hücumlarda effektli olmağa çalışdıq. Amma İsmayıl əvəzetmə istəyirdi deyə, dəyişdik onu.

Mirbağırağa

Xəbər xətti