Estoniya millisinin baş məşqçisi Tomas Xeberli komandasının AVRO-2024-ün seçmə mərhələsində F qrupunda çıxışı haqda danışarkən, Azərbaycana məğlubiyyətə (0:2) də toxunub.
Sportal.az xəbər verir ki, “ERR”ə açıqlama verən isveçrəli məşqçi millimizlə görüşdə komandasının uğursuz çıxışına bu cür aydınlıq gətirib:
"Zəif performansımızın səbəbləri? Məsələ bizim nə gözləməyimizdən asılıdır. Yəni, gözləntimiz nə idi? Sizcə, həqiqətən biz İsveç, Avstriya və Belçika kimi güclü komandaları məğlub edə bilərdik? Təbii ki, bizi qane etməyən Azərbaycana məğlub olmağımızdır. Biz həqiqətən onlardan daha yaxşı olmaq istəyirdik, bu doğrudur".
Qeyd edək ki, Azərbaycan millisi Estoniyaya səfərdə 2:0 məğlub olub, Bakıda 1:1 oynamışdı.
saytlarin hazirlanmasi