Şahruddin Məhəmmədəliyev: "Arzuladığım performans deyildi"

10:17 - 4 Dekabr 2023

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, 14-cü turun “Samsunspor”la oyununda (2:3) start heyətində meydana çıxmış Məhəmmədəliyev bunları yazıb:

“Bu, heyrətamiz azarkeşlərimiz qarşısında arzuladığım performans deyildi. Dəstəyiniz üçün təşəkkür edirik. Sizi razı salmaq üçün daha çox çalışacağımıza söz veririk”.

Qeyd edək ki, Adana klubu 23 xalla 5-ci pillədədir.

Mirbağırağa

Xəbər xətti