"Neftçi" istədi, Çin klubuna keçdi - FOTO

12:17 - 20 Fevral 2024

"Neftçi"nin bu qış heyətinə qatmaq istədiyi Andrea Kompanyo qəti qərarını verib.

Sportal.az xəbər verir ki, italiyalı forvard Azərbaycan klubuna keçməyib, seçimini Çin komandasından yana edib. 

Belə ki, 27 yaşlı hücumçu "Tianjin Tiger"lə 1,5 illik rəsmi müqavilə imzalayıb. Kompanyonun meneceri bir müddət əvvəl saytımıza açıqlamasında ona “Neftçi”dən maraq olduğunu bildirmişdi.

İtaliyalı hücumçu “Kataniya”, “Tre Fiori”, “Universitatya Krayova”, FCSB klublarında oynamışdı.

Mirbağırağa

Xəbər xətti