Minifutbol çempionatı: "Zirə" və "Birbaşa Bakı" qalib gəldi

10:49 - 22 Fevral 2024

Minifutbol üzrə Azərbaycan çempionatında 11-ci turun görüşləri baş tutub. 

Sportal.az xəbər verir ki, liqanın vahid lideri "Zirə" bu turu da qələbə başa vurub. 

"Birbaşa Bakı" da Azərbaycan millisinin sabiq futbolçularından ibarət "İnter"i məğlubiyyətə uğradıb. 

11 turdan sonra "Zirə" 33 xalla liderdir, ondan 6 xal geri qalan "Birbaşa Bakı" ikinci pillədədir. Turnir cədvəlinin son pilləsində isə cəmi bir xala malik "Siyəzən" qərarlaşıb.

Azərbaycan çempionatı, 11-ci tur

“Atəşgah Suraxanı” – “Turan” 2:6
“İnter” – “Birbaşa Bakı” 2:4
“Zirə” – “Aznur” 5:2
“Real Bakı” – “Sumqayıt” 4:3
“Siyəzən” – “Veteran” 4:6
“Dinamo Gəncə” – “Galaxy Baku” 0:2
“Baku Fire” – “Dirçəliş” 4:3
“Odlar Yurdu” – “Abşeron” 2:1

Xəbər xətti