"Ümid edirəm ki, nə vaxtsa onunla görüşəcəm"

14:17 - 24 Fevral 2024

"Çelsi"nin hücumçusu Nikolas Cekson klubun sabiq forvardı Didye Droqba ilə görüşmək arzusunda olduğunu bildirib. 

Sportal.az xəbər verir ki, "talkSPORT”a danışan 25 yaşlı futbolçunun dediyinə görə, "zadəganlar"ın keçmiş hücumçusu ilə indiyə qədər üz-üzə gəlmək imkanı olmayıb: 

"Bu, heyrətamiz olardı. Çünki Didye Droqba əfsanədir və mən onu uşaqlıqdan izləyirəm. Amma biz heç vaxt Didye ilə əlaqə saxlamamışıq. Ona görə ki, o, Fil Dişi Sahilindən, mən isə Seneqaldanam. Demba Ba ilə danışırdım, çünki o, "Çelsi"də oynayıb və seneqallıdır. Amma Didye ilə heç əlaqəmiz olmayıb. Ümid edirəm ki, nə vaxtsa onunla görüşəcəm və onun kimi olmağın yollarını özündən öyrənəcəm".

Xatırladaq ki, bu mövsüm 22 yaşlı seneqallı hücumçu bütün turnirlərdə “Çelsi”nin heyətində 27 matçda iştirak edib, 9 qol vurub, 3 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur. Seneqal millisinin üzvü ölkəsində “Kasa Sports”da oynadıqdan sonra “Vilyarreal”a keçib. “Çelsi”yə qədər isə hücumçu “Mirandes”də də çıxış edib.

Xəbər xətti