Musa qol vurdu, "Yurqorden"in gəncləri uduzdu

15:34 - 27 Fevral 2024

İsveçin "Yurqorden" klubunun gənclərdən ibarət komandası Elit Liqa Kubokunda ilk oyununu keçirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın azərbaycanlı hücumçusu Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden”in gənclər komandası “Nörrçepinq”dən olan həmyaşıdlarının qonağı olub.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qurbanlı meydana start heyətində çıxıb. O, komandasının yeganə qolunu vurub, həm də sarı vərəqə ilə cəzalandırılıb.

21 yaşlı hücumçu da əsas komandanın bəzi futbolçuları kimi bu görüşə oyun praktikası qazanmaq üçün dəvət edilib.

Xəbər xətti