"Qarabağ"dan "Sumqayıt"a 4 qol

18:28 - 27 Fevral 2024

Əvəzedicilər liqasında 24-cü tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün turun son matçında "Qarabağ-2" öz meydanında "Sumqayıt-2"ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 36-ya yüksəldən "Qarabağ-2" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 29 xalı olan "Sumqayıt-2" isə 6-cı yerdədir.

"Qarabağ" - "Sumqayıt" 4:2
Qollar: Musa Musazadə, 19, 74 (pen), 89; Mirmövsüm Caniyev, 70; - Əjdər Hacılı, 34; Qabil Əlizadə, 48

Xəbər xətti