"Barselona"nın yarımmüdafiəçisi "Qalatasaray"a keçə bilər

20:57 - 27 Fevral 2024

"Barselona"nın futbolçusu İlkay Gündoğan karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, türk yarımmüdafiəçinin xidmətində "Qalatasaeay" maraqlıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

İstanbul təmsilçisinin 33 yaşlı orta xətt oyunçusu ilə razılıq əıdə etdiyi bildirilir.

Qeyd edək ki, İlkay Gündoğan mövsümün əvvəlində azad agent statusu ilə "Barselona"ya keçib. Almaniya millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti