Yığmamızın qolkiperi İspaniyada növbəti matçını keçirdi, qol buraxmadı

10:17 - 27 Fevral 2024

Azərbaycanlı qolkiper Eldar Tağızadə İspaniyada növbəti oyununu keçirib. 

Sportal.az xəbər verir ki, onun komandası “Luqo B” İspaniya Liqasının 22-ci turunda “Arosa” ilə qarşılaşıb (0:0). 

Azərbaycanın U-21 yığmasının qolkiperi bütün 90 dəqiqə meydanda olub. 

Qeyd edək ki, Tağızadə ardıcıl 3-cü matçdır qapısının toxunulmazlığını saxlayır. 
 

Xəbər xətti