İtaliya mətbuatı "Çelsi"nin "Qarabağ"a vurduğu qoldan yazdı: "Zərbəni əvvəlcədən planlaşdırmışdı"

16:24 - 3 Mart 2024

İtaliya mətbuatı Davide Zappakostanın “Çelsi”də oynayarkən Çempionlar Liqasının qrup mərhələsində Londonda "Qarabağ"la görüşdə (6:0) vurduğu qolu xatırlayıb.

Sportal.az xəbər verir ki, "Sora24" portalı həmin oyun barədə bunları yazıb:

"2017-ci il sentyabrın 12-də “Çelsi” – “Qarabağ” matçında Zappakosta Çempionlar Liqasında ilk qolunu vurdu. Cinahda qaçışının sonu finişdə "Stamford Bric"də topun tora daxil olmasına gətirib çıxardı. Zappakosta “Qarabağ”a vurduğu qol haqda danışarkən, bildirmişdi ki, qapıya zərbə vurmağı əvvəlcədən planlaşdırmışdı. Bu gün, Avropanın ən böyük turnirində ilk çıxışından təxminən yeddi il sonra, Zappakosta yenidən Çempionlar Liqasının axtarışındadır. İndi isə o, “Atalanta”da oynayır, ambisiyalar eyni qalır. Göründüyü kimi, A Seriyasında Çempionlar Liqasının növbəti mövsümünə son vəsiqə uğrunda mübarizə onun komandası, “Roma” və “Bolonya” arasında gedəcək".

Qeyd edək ki, 2017/2018 mövsümündə "Qarabağ"ın ÇL-dəki rəqibləri "Çelsi" ilə yanaşı, "Roma" və "Atletiko" idi.

Xəbər xətti