Çempionlar Liqasının 1/8 final mərhələsinin "Latsio" ilə cavab oyunu Tomas Tuxel üçün "Bavariya"dakı sonuncu ola bilər.
Sportal.az xəbər verir ki, Münhen klubunun rəhbərliyi komandanı Çempionlar Liqasının 1/4 finalına çıxara bilməyəcəyi təqdirdə baş məşqçini istefaya yollamaq niyyətindədir.
Daha əvvəl Tuxelin mövsümün sonunda "Bavariya"dan ayrılacağı ehtimal edilirdi.
Lakin "Bavariya"nın "Latsio"ya səfərdə 0:1 hesablı məğlubiyyətdən sonra istefasını yaxınlaşdırıb.
saytlarin hazirlanmasi